AZE | RUS | ENG |


Azərbaycan “Expo” hərəkatına özünəməxsus töhfə verə bilər

Azərbaycan “Expo” hərəkatına özünəməxsus töhfə verə bilər
Dekabrın 12-də Bakıda səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Heydər Əliyev Mərkəzinin direktoru, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov və "Expo-2025” Bakı Əməliyyat Katibliyi ilə işçi məsləhətləşmələr keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə baş katibin müavininə Bakının namizədliyi çərçivəsində Azərbaycanda aparılan və növbəti aylar ərzində aparılacaq hazırlıq işləri haqqında ətraflı məlumat verilib.
Dimitri Kerkentzes bildirib ki, Azərbaycan "Expo” hərəkatında nisbətən yeni və vacib ölkə olaraq həm "Expo” hərəkatına, həm də dünyaya fərqli və özünəməxsus töhfə verə bilər. Bu baxımdan Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün bütün lazımi imkanlar və şərait var.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001